İnflyasiya azalacaq - Rişi Sunak



 12:58 23.06.2023     304

Böyük Britaniyanın Baş naziri Rishi Sunak inflyasiyanın azaldılmasının asan olmayacağını və bunun zaman alacağını bildirib.

Demedia.az xəbər verir ki, Rişi Sunak iş adamları ilə görüş zamanı ilin sonuna qədər inflyasiyanın 5 faizə endirilməsi öhdəliyini təkrarlayıb. İnflyasiyanı azaltmaq üçün lazımi addımları atdıqlarını ifadə edən Sunak bildirib ki, Britaniya iqtisadiyyatı gözləniləndən daha güclü performans göstərərək, tənəzzüldən xilas olub.

"İnflyasiyanı azaltmağın asan olacağını heç vaxt demədim. Hər zaman bunun çətin olacağını və zaman alacağını ifadə etmişəm. Son bir neçə ayda daha çətin olsa da, hökumət hədəfə çatmaq üçün planına sadiqdir” - Rişi Sunak deyib.

Bahadur Seyidov