Dünyada humanitar yardıma ehtiyacı olan insanların sayı 360 milyona çatıb - Quterreş



 12:43 23.06.2023     309

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres dünyada humanitar yardıma ehtiyacı olan insanların sayının ötən illə müqayisədə 30 faiz artaraq 360 milyona çatdığını bildirib.

Demedia.az xəbər verir ki, Quterreş BMT-nin İqtisadi və Sosial Şurasında keçirilən sessiyasındakı çıxışında bildirib ki, məcburi köçkünlərin sayı 110 milyona çatıb. Onun sözlərinə görə, 260 milyon insan aclıqla üzləşib.

Bunun əsas səbəbinin həll edilməmiş münaqişələr və yeni başlayan müharibələr olduğunu bildirən Quterreşin sözlərinə görə, pandemiya dövründə başlayan və Rusiyanın Ukraynaya hücumu ilə daha da ağırlaşan qlobal iqtisadi problemlər həssas təbəqələrə təsir edib.

Bahadur Seyidov