Mayon vulkanında aktivlik davam edir



 14:23 23.06.2023     313

Filippinin Albay əyalətindəki Mayon vulkanında partlayışlar davam edir.

Demedia.az xəbər verir ki, partlayışlarla bağlı ətrafa axan lava axını yaşayış məntəqələri üçün təhlükə yaradıb. Məlumata görə, lava axını ilə əlaqədar bölgədəki “yüksək riskli” bölgədə təxliyələr davam edir. Filippinin Vulkanologiya və Seysmologiya İnstitutundan bəyan edilib ki, vulkanik fəaliyyət gücləndiyi üçün həyəcan səviyyəsi yüksəldilib. Albay əyalətinin mərkəzi Leqazpi şəhərindən 14 kilometr aralıda yerləşən Mayon vulkanının 7 kilometrliyində yaşayan 20 mindən çox insan təxliyə edilib.

Qeyd edək ki, 1841-ci ildə Mayon vulkanında baş verən püskürmədə 1200 nəfər həlak olub.

Bahadur Seyidov