ABŞ-da kiberhücum nəticəsində milyonlarla insanın şəxsi məlumatları oğurlandı



 14:43 23.06.2023     311

ABŞ-ın Oreqon və Luiziana ştatlarında kiberhücum nəticəsində milyonlarla insanın şəxsi məlumatları oğurlanıb.

Demedia.az xəbər verir ki, bu barədə yerli qurumlar açıqlama verib. Bildirilir ki, 3,5 milyon nəfərin şəxsi məlumatları ələ keçirilib. Rəsmilər kiberhücuma görə konkret olaraq heç kimi günahlandırmayıb. Lakin bəzi dairələr hadisənin rusiyalı qruplarla əlaqəsinin olduğunu irəli sürüblər. Kiberhücum nəticəsində həmçinin Böyük Britaniyadakı “BBC” və “British Airways” kimi böyük şirkətlərin məlumatlarının oğurlandığı deyilir.

Bundan əlavə, hakerlərin kiberhücum zamanı istifadə etdiyi “Progress Software” proqramının rəsmiləri bildiriblər ki, proqramda ikinci təhlükəsizlik boşluğu olub və hakerlər bundan istifadə ediblər.

Bahadur Seyidov