Qlobal dəniz səthinin temperaturunda rekord qeydə alındı



 14:52 23.06.2023     302

Qlobal dəniz səthinin temperaturu aprel və may aylarında 1850-ci ildən bəri ən yüksək aylıq səviyyəyə çatıb.

Demedia.az xəbər verir ki, Britaniya Meteorologiya Xidmətinin açıqlamasına görə, El-Ninonun təsiri ilə temperatur göstəricilərində yeni rekordlar qeydə alına bilər. Məlumata görə, may ayında dəniz səthinin temperaturu 1961-1990-cı illərin eyni dövrü ilə müqayisədə 1,25 dərəcə selsi artıb. Bildirilir ki, insan fəaliyyəti nəticəsində iqlim dəyişikliyi səbəbiylə dəniz səthinin temperaturu artıb.

Arktika və Antarktikadakı dəniz buzları ilə bağlı hazırlanan hesabata görə, Arktikada dənizdə buzun eni ilin bu dövrü üçün orta səviyyədən xeyli aşağıdır. Antarktikada dənizin buzunun eni isə indiyə qədərki ən aşağı səviyyədədir.

Bahadur Seyidov