Dünyanın ən böyük kriptovalyutası Hollandiya bazarından çəkilir



 14:58 23.06.2023     313

Dünyanın ən böyük kriptovalyutası olan “Binance” Hollandiya bazarından çəkilir.

Demedia.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. Bildirilir ki, “Binance” Hollandiyada tətbiq edilən yeni qaydalara əsasən belə qərar verib. Məlumatda deyilir ki, “Binance” Hollandiyada yaşayan yeni istifadəçiləri qəbul etməyəcək. Məlumata görə, şirkət buna qədər Hollandiyada qeydiyyatdan keçmiş mövcud istifadəçilərin sərmayələrini geri çəkməsinə icazə verəcək.

Məlumatda qeyd edilib ki, bununla bağlı ətraflı məlumatları “Binance” Hollandiyadakı istifadəçilərinə məktubla göndərəcək.

Bahadur Seyidov