Avstraliyada kiberhücumdan 40-dan çox dövlət qurumu zərər çəkdi



 15:14 23.06.2023     301

Avstraliyada hüquq firmasına edilən kiberhücumdan 40-dan çox dövlət qurumu zərər çəkib.

Demedia.az xəbər verir ki, bu barədə “The Australian” məlumat verib. Bildirilir ki, rusiyalı “AlphV” haker qrupu Avstraliyada fəaliyyət göstərən “HWL Ebsworth” kommersiya hüquq firmasının məlumat bazasına kiberhücum edib. Bildirilir ki, Avstraliya hökuməti ilə milyonlarla dollarlıq sövdələşmələri olan şirkətə hücum azı 40 dövlət qurumuna təsir edib.

Bu qurumlar arasında Daxili İşlər Nazirliyi, Avstraliya Vergi İdarəsi, Müdafiə Nazirliyi və Avstraliya Federal Polisi də var. Avstraliya Baş Prokurorluğu mövzu ilə bağlı işçi qrupu yaradıb. Avstraliya Vergi İdarəsinin açıqlamasına görə, kiberhücumla bağlı vergi ödəyicilərinə tövsiyyələr verilib.

Bahadur Seyidov