Kiyevə aviasiya hücumunun nəticəsi açıqlandı



 20:03 24.06.2023     671

Ötən gecə Ukrayna hava hücumundan müdafiə qüvvələri Kiyev səmasında 20-dək raketi zərərsizləşdirib.

Bunu Kiyev hərbi administrasiyasının sözçüsü Mixail Şamanov bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın paytaxtına hücumlara ara vermir:

"Kiyevə iyun ayı ərzində 8-ci dəfə hava hücumu təşkil edilib. Düşmən ənənəvi taktikasından istifadə edib. “TU-95” strateji bombardmançı təyyarəsi şəhərə raket zərbələri endirib. Onlar hansısa uğurlar qazandıqlarını göstərməyə çalışırlar".

Şamanov qeyd edib ki, raketin qalıqlarının 25 mərtəbəli binanın üzərinə düşməsi nəticəsində tikinti konstruksiyasına qismən zərər dəyib:

"Baş vermiş yanğın səhər saatlarında lokallaşdırılıb. Artıq 3 nəfərin meyiti aşkar edilib, 11 nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib, 7 nəfərə isə yerində tibbi yardım göstərilib. Evdə olan 24 sakin təxliyə olunub. Ərazidə xilasedicilər işləməkdə davam edirlər".

Aysun / Demedia.az