Səudiyyə Ərəbistanı İsveçin Ər-Riyaddakı səfirini Xarici İşlər Nazirliyinə çağırdı



 11:15 03.07.2023     308

Səudiyyə Ərəbistanı İsveçin Ər-Riyaddakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Demedia.az xəbər verir ki, buna səbəb İsveçdə Qurani-Kərimin yandırılmasına icazə verilməsidir. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yazılı bəyanatında deyilir:

"Səudiyyə Ərəbistanı bu biabırçı hərəkəti qəti şəkildə rədd edir".

Bəyanatda İsveç hökumətindən xalqlar və dövlətlər arasında hörmətə xələl gətirən, tolerantlıq və mötədillik kimi dəyərlərə zidd olan hərəkətləri dayandırması tələb olunub.

Qeyd edək ki, İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs məscidin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.

Bahadur Seyidov