İspaniyadan Ukraynaya dəstək



 14:05 03.07.2023     308

Avropa Birliyinə sədrliyi alandan dərhal sonra İspaniyanın baş naziri Pedro Sançez Kiyevə səfər edib.

Demedia.az xəbər verir ki, Pedro Sançez Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. İspaniyanın baş naziri Ukrayna parlamentində çıxış edib. Sançes İspaniyanın Ukraynaya tank və zirehli texnika göndərəyini bildirib. O həmçinin qeyd edib ki, müxtəlif məqsədlər üçün Ukraynaya 55 milyon avro yardım ediləcək.

Sançes və Zelenski mətbuata birgə açıqlamasında Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üçün çalışacaqlarına söz veriblər.

Bahadur Seyidov