Suriyadan İsrailə raket hücumu edildi



 15:24 03.07.2023     306

İsrail Suriyadan ölkə ərazisinə zenit raketi ilə hücum edildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə İsrail ordusundan açıqlama verilib. Bildirilib ki, atılan raket havada partlayıb. Açıqlamada hadisənin təfərrüatlarının araşdırıldığı qeyd edilib. İsrail ordusuna məxsus radio Suriyadan atılan zenit raketinin hissələrinin İsrailin cənubundakı Rahat şəhərinə düşdüyünü və itki olmadığını bildirib.

Suriyadanın dövlət agentliyi SANA isə hərbi mənbələrə istinadən, Homs şəhəri ətrafındakı bəzi məntəqələrin İsrail ordusu tərəfindən hədəfə alındığını qeyd edib. Xəbərdə İsrailin Homsa hava hücumları həyata keçirdiyi qeyd edilib.

Bahadur Seyidov