Cənubi Koreya Cənubi Koreya əsilli Rusiya vətəndaşına sanksiya tətbiq edib



 15:54 03.07.2023     304

Cənubi Koreya Cənubi Koreya əsilli Rusiya vətəndaşına sanksiya tətbiq edib.

Demedia.az xəbər verir ki, buna səbəb onun Şimali Koreyanın silah proqramının qeyri-qanuni maliyyələşdirilməsində iştirak etməsidir. Bu barədə  Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat verib. Bildirilib ki, Cənubi Koreya əsilli Rusiya vətəndaşı Çoi Çon Qon da daxil olmaqla 2 nəfər və 2 qurum sanksiyalara məruz qalıb. Açıqlamaya görə, Cənubi Koreya vətəndaşı olan Çon Şimali Koreyanın silah proqramlarını maliyyələşdirərkən beynəlxalq sanksiyalara məruz qalmamaq üçün Monqolustanda şirkəti qurub.

Qeyd edək ki, Cənubi Koreya sanksiya siyahısına ilk dəfə Koreya mənşəli ad əlavə edib.

Bahadur Seyidov