İtaliyada futbolçulara "88" nömrədən istifadə etmək qadağan edilib



 17:15 03.07.2023     309

İtaliyada futbolçulara nasist lideri Adolf Hitleri xatırlatdığı üçün forma nömrəsi olaraq "88"dən istifadə etmək qadağan edilib.

Demedia.az xəbər verir ki, İtaliya Daxili İşlər Nazirliyi və İtaliya Futbol Federasiyası arasında futbolda antisemitizmlə mübarizə haqqında bəyannamə imzalanıb. Daxili işlər naziri Matteo Piantedosinin sözlərinə görə, “88” nömrəsini alan futbolçulardan başqa, azarkeşlərin futbolda nasizmi oyadan simvollardan istifadə etməsi qadağandır. Qeyd edək ki, İtaliya Seriya A-da oynayan iki oyunçu – "Atalanta"da çıxış edən Mario Pasaliç və "Latsio"da çıxış edən Toma Basiç 88 nömrəli forma geyinir. Mateusz Praszelik, Canluici Buffon və Marco Borriello kimi oyunçular əvvəllər İtaliyada forma nömrəsi olaraq "88" götürmüşdülər.

Bahadur Seyidov