Kolizey abidəsinə zərər vuran turist axtarışdadır
İtaliyanın paytaxtı Romada dünyaca məşhur Kolizey abidəsinə adını həkk edərək tarixi abidəyə zərər vuran turist axtarılır.
Demedia.az xəbər verir ki, turist açarı ilə Kolizeyin divarlarına özünün və nişanlısının adının yazıb. Qeyd edilib ki, sözügedən turist açarı ilə tarixi binanın divarına "İvan + Hayley” yazıb. Sosial mediada yayılan görüntülərə istifadəçilər etiraz edib. Kolizey Arxeoloji Parkının nümayəndələrinin sözlərinə görə, tarixi binanın divarına zərər verən turistin müəyyən edilərək tapılması üçün polis işə başlayıb.
Mədəniyyət naziri Gennaro Sangiuliano turistin davranışını kobud hərəkət kimi dəyərləndirib.
Bahadur Seyidov