Danimarka, ukraynalı pilotlara F-16 təyyarələri ilə bağlı təlimlər keçməyə başlayıb



 15:19 03.07.2023     292

Danimarka, ukraynalı pilotlara F-16 təyyarələri ilə bağlı təlimlər keçməyə başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri vəzifəsini icra edən Troels Lund Poulsen açıqlama verib. O bildirib ki, Ukraynaya F-16 təyyarələrinin bağışlanması və sayının müəyyən edilməsi nəzərdən keçirilir. Poulsen bildirib ki, Danimarka donanması F-16 təyyarələrini əvəz etmək üçün 27 F-35A təyyarəsi sifariş edib. Yeni döyüş təyyarələri bu il Danimarka Silahlı Qüvvələrinin inventarına daxil olacaq.

Qeyd edək ki, Ukraynaya F-16-ların tədarükü üçün ukraynalı pilotlara təlimlərin keçirilməsi barədə Hollandiya və Danimarka başda olmaqla NATO-nun bir sıra ölkələri razılığa razılığa gəliblər.

Bahadur Seyidov