“Virgin Galactic”in ilk ticarət kosmos uçuşu həyata keçirilib



 14:52 03.07.2023     309

“Virgin Galactic”in ilk ticarət kosmos uçuşu həyata keçirilib.

Demedia.az xəbər verir ki, uçuş uğurlu keçib və aparat ABŞ-dakı “Spaceport America”ya eniş edib. Məlumata görə, Ser Richard Bransona məxsus özəl kosmik turizm şirkəti səyahətin adını “Galactic 01” qoyub. Qeyd edək ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi kosmosun sərhədi hesab edilən 80 kilometri keçən uçuşu kosmos turizmi kimi qəbul edir. İtaliya Hərbi Hava Qüvvələri və İtaliya Milli Tədqiqat Şurasından üç nəfər “Galactic 01”də səyahət edib. “Virgin Galactic” kosmosa 6 dəfə səfər etsə də, orbitə tam çıxmayıb.

Bahadur Seyidov