Arda Gülərin müqavilə detalları açıqlandı - 1 milyard avro...



 18:00 03.07.2023     352

"Barselona" bütün Avropada danışılan Arda Gülərin transferində sona yaxınlaşır.

Demedia.az xəbər verir ki, Real Madrid sıxışdırsa da, Kataloniya nəhəngi 18 yaşlı ulduzla bağlı mühüm addımlar atır. Gənc istedadın müqavilə detalları məlum olub.

Tək Türkiyədə deyil, bütün Avropada hər kəsin maraqla gözlədiyi Arda Gülərin transferində artıq rəsmi qərar gözlənilir. “Barselona” həm də Arda üçün önəmli klub kimi seçilir. Kataloniya nəhənginin 23 milyon avroya qədər ifadə haqqı ödəməyə hazır olduğu bildirilir.

Ardanın sərbəst qalma məbləğini 17,5 milyon avro artırmaq istəyini müsbət qarşılayan Barça, gənc ulduzun daha 1 il Fənərbaxçada qalmasına da razılıq verir. Qeyd olunub ki, bu yaxınlarda İstanbula gələn "Barselona"nın idman direktoru Dekonun Arda Gülər ​​və ailəsi ilə görüşlərindən müsbət təəssürat yaranıb.

Barselona prezidenti Laporta da dünən verdiyi açıqlamada Arda Gülərin transferi üçün danışıqların davam etdiyini bildirib. Digər tərəfdən, Real Madridin Arda ilə bağlı israrları bitmir. Real Madrid adından Roberto Karlosun İstanbula gələrək danışıqlar aparacağı bildirilir.
Arda Gülərlə bağlı xəbərdə Sport, "Barselona"nın bir ifadə üçün 23 milyon avro qurban verdiyini, sərbəst buraxılma haqqının isə 1 milyard avro olacağını yazıb. Həmçinin bildirilib ki, gənc futbolçunun ifadəsində 23 milyon avro ilə yanaşı, 10 milyon avro bonus da yer alacaq.

Aysun / Demedia.az