Zəhəri insanı öldürür, harda görsəniz...



 22:05 03.07.2023     713

Türkiyənin Elazığ bölgəsində bir vətəndaş mərkəzin Güneykent Məhəlləsində fərqli bir hörümçək növü görüb.

Demedia.az xəbər verir ki, qeyri-adi iri görkəmli hörümçəklər üzərində araşdırma aparan vətəndaş, bu növün xalq arasında ət yeyən hörümçək olduğunu öyrənib.

Zəhərli olan və havaların istiləşməsi ilə ortaya çıxan hörümçəyin uzunluğu 13 santimetrə çata və 1 metr hündürlüyə tullana bildiyi deyilir. Zəhəri ilə insanı öldürə bilən hörümçəyin xüsusilə əqrəb, kərtənkələ və hətta siçanlarla qidalandığı məlumdur.

Aysun / Demedia.az