Bu qadın 7 ildir çölə çıxa bilmir, elə xəstəliyə tutulub ki...



 22:36 03.07.2023     423

Türkiyədə Aydının İncirliova rayonunda 54 yaşlı qadın fil xəstəliyinə tutulub.

Demedia.az xəbər verir ki, bu xəstəlik səbəbiylə 200 kiloya çatan və 7 ildir evdən çölə çıxa bilməyən Aysel Dönmez (54) dəhşətli sözlər deyib.

O bildirib: "7 ildir həbsxanada yaşayıram. Tək istəyim budur" başqa insanlar kimi gəzə bilməkdir".

Aysel Dönmez çəkisindən əlavə şəkər, təzyiq və ürək xəstəliklərinin olduğunu, çox çətin bir həyat sürdüyünü bildirib. Əlil təqaüdü aldığını, həyat yoldaşının da əlil olduğunu bildirən Dönmez, evin İncirliova İlçe Kaymakamlığı Sosial Yardımlaşma və Həmrəylik Vəqfi səlahiyyətliləri tərəfindən baxıldığını söyləyib:

"Çəkimimə görə yatdığım divan yatağım köhnəlir və zamanla xarab olur. Xəstələnəndə nərdivanlı yanğınsöndürmə maşını gəlib aparır. 7 ildir həbsxanada yaşayıram. İstədiyim tək şey başqa insanlar kimi dolaşa bilməkdir".

Aysun / Demedia.az