İnanılmaz HADİSƏ: Evə timsah girdi, sonra isə... - VİDEO



 23:48 03.07.2023     560

ABŞ-ın Luiziana ştatında bir evə girən 1,5 metr uzunluğundakı timsah qruplar tərəfindən yaxalanıb.

Demedia.az xəbər verir ki, ABŞ-ın Luiziana ştatının Nyu-İberiya şəhərində 1,5 metr uzunluğunda timsah evə daxil olub. Donald və Yan Şultsun iti iyunun 23-də gecə saatlarında timsahı görən kimi hürməyə başlayıb. Həyat yoldaşı tərəfindən itin hürməsi ilə oyanan Donald Şults xalçada timsahla qarşılaşdıqda böyük qorxu yaşayıb.

Yan Şultsun xəbərdarlığı ilə Balıqçılıq və Vəhşi Təbiət Departamentinin əməkdaşı və polis timsahı tutmaq üçün evə gəlib. Zabit tərəfindən ləvazimatlarla tutulan timsah ağzına lent yapışdırılaraq zərərsizləşdirilib.

Yuxudan oyandıqdan sonra silahını götürərək dəhlizə girdiyini bildirən Şults, “Qaranlıq idi. Xalçanın kənarında nəsə gördüyüm üçün dayandım. Yeni oyandığım üçün diqqətimi yaxşı cəmləyə bilmirdim. Formanın nə olduğunu anlayanda geri atıldım. Cana dedim ki, dəhlizdə timsah var. Amma o, mənim axmaq olduğumu düşündü. Ona görə də onun şəklini çəkdim. Sonra şərifə zəng etdi”, - deyə bildirib.

Aysun / Demedia.az