BMT Suriya ilə bağlı qrup qurdu



 12:45 04.07.2023     311

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Suriyada itkin düşmüş şəxslərin araşdırılması ilə məşğul olmaq üçün qrup yaradıb.

Demedia.az xəbər verir ki, BMT Baş Assambleyasında keçirilən səsvermədə Suriyada İtkin Şəxslərin Araşdırılması üzrə Müstəqil Təşkilatın yaradılması ilə bağlı qərarın əleyhinə 11, lehinə isə 83 nəfər səs verib. 62 nəfər bitərəf qalıb. Qətnamənin əleyhinə səsverən ölkələr arasında Suriya, Rusiya və Çin də var. Qətnamədə BMT Baş Assambleyası Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə bir daha dəstək ifadə edib.

Qətnamədə itkin düşənlərin taleyini öyrənmək və sağ qalanlara dəstək vermək üçün BMT-nin himayəsi altında Suriyada İtkin Şəxslərin Araşdırılması üzrə müstəqil təşkilatın yaradıldığı vurğulanıb.

Bahadur Seyidov