Ukrayna 5 PUA ilə Moskvaya hücum edib



 12:53 04.07.2023     313

Ukrayna 5 PUA ilə Moskvaya hücum edib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama verib. Bildirilib ki, 4 PUA vurulub, biri isə marşrutdan çıxarılıb. “Bu gün səhər saatlarında Kiyev rejiminin Moskva vilayətində və Yeni Moskvada hədəflərə qarşı 5 PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - nazirliyin bəyanatında deyilir. Açıqlamada PUA-lardan 4-nün Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi, 1-nin isə bloklanaraq bölgəyə düşdüyü, hadisədə dağıntı və itkinin olmadığı bildirilib.

Moskva meri Sergey Sobyanin bildirib ki, paytaxt Moskvanın Vnukovo Beynəlxalq Hava Limanında pilotsuz uçuş aparatı ilə hücum cəhdinə görə təhlükəsizlik tədbirləri görülüb.

Bahadur Seyidov