ABŞ-da əlverişsiz hava şəraiti səbəbindən 4000-dən çox uçuş təxirə salınıb
ABŞ-da əlverişsiz hava şəraiti səbəbindən 4000-dən çox uçuş təxirə salınıb.
Demedia.az xəbər verir ki, 4 iyul müstəqillik günü ilə bağlı sərnişin sıxlığı bir sıra problemlərə səbəb olub. “Flight Aware” uçuş izləmə saytının məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən ABŞ hava limanlarından planlaşdırılan 4000-dən çox daxili və beynəlxalq reys təxirə salınıb. Müstəqillik günü bayramı səbəbiylə minlərlə sərnişin hava limanlarında qalarkən, 4165 reys gecikib, 131 reys təxirə salınıb.
Qeyd edək ki, ABŞ-ın şərqində tufan müşahidə edilir. Ölkənin qərbində və cənubunda temperatur mövsümi normadan çoxdur.
Bahadur Seyidov