Sudanda qarşıdurmalar davam edir



 16:09 04.07.2023     316

Sudanın paytaxtı Xartumda ordu ilə Çevik Dəstək Qüvvələri arasında qarşıdurmalar davam edir.

Demedia.az xəbər verir ki, toqquşmalarda ağır silahlardan istifadə edilir. Məlumata görə, ordu paytaxtın cənubundakı Şejara rayonunda strateji əhəmiyyətli Zirehli Bölmələr Qərargahına hücum edən Çevik Dəstək Qüvvələrinin üzvlərini ağır artilleriya hücumu ilə bölgədən geri çəkilməyə məcbur edib.

Paytaxtın qərbində yerləşən Umdurman şəhərində də xüsusi təyinatlıların dəstəklədiyi ordu qüvvələri bölgədəki vətəndaşların evlərində məskunlaşan Çevik Dəstək Qüvvələrini çıxarmaq üçün əməliyyatları davam etdirir.

Bahadur Seyidov