Böyük Britaniyada rekord temperatur



 16:25 04.07.2023     320

Böyük Britaniyada iyun ayında orta temperatur 15,8 dərəcə selsi olub.

Demedia.az xəbər verir ki, bu isə temperaturla bağlı hesablamaların aparıldığı 1884-cü ildən bəri "ən isti iyun" olaraq qeydə alınıb.“ Met Office”in məlumatına görə, keçən ay İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada ən isti iyun ayı olub. Buna qədər isə rekord 1940 və 1976-cı illərdə qeydə alınıb. Həmin illərin eyni ayında orta temperatur 14,9 dərəcə selsi olub. Beləliklə, Böyük Britaniyada 1884-cü ildən bəri ən isti iyun ayını müşahidə edilib.

Məlumata görə, Böyük Britaniyanın bəzi ərazilərində iyun ayında havanın temperaturu orta səviyyədən 2,5 dərəcə yuxarı qalxıb.

Bahadur Seyidov