ABŞ rəsmiləri Tayvana səfər edib



 16:49 04.07.2023     339

ABŞ-ın Nümayəndələr Palatasının respublikaçılardan ibarət İşçi Komitəsi yüksək səviyyəli hökumət nümayəndələri ilə görüşmək üçün Tayvana səfər edib.

Demedia.az xəbər verir ki, bu barədə Tayvanın CNA agentliyi məlumat verib. Bildirilib ki, respublikaçıların nümayəndə heyəti Tayvan hökumətinin və digər qurumların nümayəndələri ilə görüşəcək. Tayvanın Xarici İşlər Nazirliyi nümayəndə heyətinin Tayvan lideri Tsai İnq-ven və müavini Lai Çinq-te, xarici işlər naziri Cozef Vu da daxil olmaqla yüksək səviyyəli hökumət rəsmiləri ilə görüşəcəyini açıqlayıb.

Nazirlik həmçinin bildirib ki, nümayəndələr  Konqresdə müzakirə olunan müxtəlif məsələlərdə Tayvanın əsas dəstəkçiləridir.

Bahadur Seyidov