Küveyt BMT-yə çağırış etdi



 16:54 04.07.2023     322

Küveyt İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki Cenin bölgəsinə hücumunu tənqid edib.

Demedia.az xəbər verir ki, Küveyt hücumlarla bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti təcili tədbirlər görməyə çağırıb. Bu barədə Küveytin Xarici İşlər Nazirliyi yazılı açıqlama verib. Açıqlamada, Cenin bölgəsində davam edən hücumlar qınanıb.

Qeyd edək ki, İsrail qüvvələri Cenin şəhəri və Cenin Qaçqınlar Düşərgəsinə təşkil etdiyi reydləri və hava hücumlarını davam etdirir. Hücumlarda 10 fələstinli həyatını itirib, 20-si ağır olmaqla 100-ə yaxın yaralanıb.

Bahadur Seyidov