Acun Ilıcalıdan Arda Gülər ​​iddiası



 18:00 04.07.2023     495

"Hall Siti"nin sahibi Acun Ilıcalı keçirdiyi mətbuat konfransında transfer gündəmi ilə bağlı təəccüblü açıqlamalar verib.

Demedia.az xəbər verir ki, İngiltərə çempionatının komandalarından olan "Hall Siti"nin "Qalatasaray" və "Atakaş Hatayspor"la keçirəcəyi yoldaşlıq oyunları öncəsi mətbuat konfransı keçirilib.

La Liqa nəhəngləri Barselona və Real Madridin arxasınca getdiyi Arda Gülərlə bağlı Acun Ilıcalı maraqlı açıqlama verib:

"Premyer Liqada olsaydıq, Arda Gülərin transferində favorit olardıq. Arda Gülər ​​də bizə üstünlük verərdi. Futbol karyerasını tam güvəndiyi bir yerdə davam etdirməyi xoşlayır”.

Aysun / Demedia.az