Hadisə elə fotosunu paylaşdı ki...



 20:02 04.07.2023     500

Məşhur müğənni Hadisə gərgin iş qrafikindən istirahətə vaxt ayırıb.

Demedia.az xəbər verir ki, istirahət zamanı verdiyi pozaları İnstaqram hesabında paylaşan Hadisə bir müddət əvvəl bikinisində güzgü qarşısında çəkdirdiyi fotoları yayımlayıb.

Çırağan sarayında iş adamı Mehmet Dinçerlərlə sakitcə ailə quran, lakin 5 ay sonra boşanan məşhur müğənni Hadisə həm səhnədə üstünlük verdiyi kombinasiyaları, həm də sosial media hesabında paylaşdığı paylaşımlarla gündəmdə olmaqda davam edir.

Verdiyi konsertlərlə gündəmdən düşməyən uğurlu müğənni Hadisə gərgin iş qrafikindən tətilə də vaxt ayırır.

Daha əvvəl müxtəlif məkanlarda tətil edən və günəşdə yanmış bədəni ilə izləyicilərinin dilinə düşən Hadisə bayram paylaşımlarına yenilərini əlavə edib.

Güzgü qarşısında müxtəlif pozalar verən Hadisə bir kadrda bikinidə yerdə oturarkən, digər kadrda dilini çıxararaq diqqət çəkib. Müğənninin bürünc dərisi diqqət çəkib.

Aysun / Demedia.az