Traktora girən ilan qorxu dolu anlar yaşatdı - VİDEO



 23:48 04.07.2023     531

Türkiyədə taxıl sahəsində qorxulu anlar yaşanıb.

Demedia.az xəbər verir ki, Siirtin Kurtalan rayonunda tarlada işləyən fermerin istifadə etdiyi traktorun sürücü oturacağına 2 metrlik ilan girib.

Fermer həmin anları mobil telefon kamerası ilə lentə alıb.

Əldə edilən məlumata görə, hadisə Siirtin Kurtalan rayonunda baş verib. Ferhat Turhan istifadə etdiyi traktorun sürücü oturacağında 2 metr uzunluğunda ilan görəndə qorxu anlar yaşayıb. İlk görəndə təşvişə düşən Turhan sonradan həmin anları mobil telefonun kamerası ilə lentə alıb. İlanı avtomobilindən çıxaran Turhan traktoru ilə işləməyə davam edib.

Aysun / Demedia.az