Bayden administrasiyasının yüksək vəzifəli məmurlarına sosial media ilə bağlı qadağa tətbiq edildi



 12:24 05.07.2023     286

ABŞ-da federal hakim Terri Doughty Prezident Co Bayden administrasiyasının bəzi yüksək vəzifəli məmurlarına sosial media şirkətləri ilə görüş və ünsiyyət qurmağı qadağan edib.

Demedia.az xəbər verir ki, məhdudiyyət tətbiq edilən qurumlar arasında Dövlət Departamenti və Federal Təhqiqat Bürosu da var. Məlumata görə, Luiziana və Missuri ştatlarının baş prokurorları Bayden administrasiyasının texnoloji şirkətlərə internetdə arzuolunmaz yazıları silmək üçün konstitusiyaya zidd təzyiq göstərdiyini iddia edib.

Federal hakim də bu iddiaya cavab olaraq belə qərar verib. Məhdudiyyət qərarına əsasən, Bayden administrasiyasının rəsmiləri məzmunu silmək, gizlətmək və ya azaltmaq üçün təzyiq və ya təşviq etmək məqsədilə məktub, telefon və ya mətn mesajı vasitəsilə sosial media menecerləri ilə əlaqə saxlaya bilməyəcəklər.

Bahadur Seyidov