İsrailin döyüş təyyarələri Qəzza zolağına hava zərbələri endirdi
İsrailin döyüş təyyarələri Qəzza zolağına hava zərbələri endirib.
Demedia.az xəbər verir ki, İsrail ordusu 2 gün davam edən mühasirədən sonra bölgədən çəkilməyə başlayıb. İsrailin baş naziri Binyamin Netanyahu isə bəyan edib ki, Cenindəki hərbi əməliyyat təkrarlana bilər. İsrail ordusu Cenində bir əsgərin həlak olduğunu açıqlayıb. Məlumata görə, Cenindən çəkilməyə başlayan İsrail ordusu bu dəfə Qəzzaya hücuma keçib.
Hücumun Qəzzadan atılan raketlərə cavab olduğu iddia edilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Bahadur Seyidov