Kosovoya qarşı cəza tədbirləri ədalətsizdir - Albin Kurti



 14:52 05.07.2023     332

Kosovonun baş naziri Albin Kurti bəyan edib ki, Avropa İttifaqının Kosovoya qarşı cəza tədbirləri ədalətsizdir.

Demedia.az xəbər verir ki,  Kosovonun baş naziri Kurti ölkənin şimalında gərginliyin azaldılması məsələsini müzakirə etmək üçün Avropa İttifaqının Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak ilə görüşüb. Kosovo Baş Nazirliyinin açıqlamasına görə, Kurti Kosovo ilə Serbiya arasında əldə olunan razılaşmanın həyata keçirilə və iki ölkə arasındakı əlaqələrin normallaşa biləcəyini ifadə edib.

Baş nazir Kurti ilə görüşündən sonra jurnalistlərə açıqlama verən Lajcak, görüşdə fikir mübadiləsi apardıqlarını və danışıqları davam etdirmək üçün razılaşdıqlarını qeyd edib.

Bahadur Seyidov