Ümrə ziyarətləri üçün vizaların verilməsinə başlanıldı



 15:19 05.07.2023     324

Səudiyyə Ərəbistanı həcc ziyarətləri bitdikdən sonra Ümrə ziyarətləri üçün vizaların verilməsinə başlanıldığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA məlumat verib. Bildirilir ki, Həcc və Ümrə Nazirliyi artıq Ümrə ziyarətləri üçün elektron vizaları qəbul etməyə başlayıb. Məlumata görə, ziyarəti asanlaşdırmaq üçün müsəlmanlar tətbiq edilən “Nusuk” tətbiqi ilə elektron viza müraciətləri edə biləcəklər.

Xəbərdə deyilir ki, viza müraciətləri bütün ölkələrdən qəbul edilir.

Bahadur Seyidov