Ərdoğan Stoltenberqi təbrik edib



 15:42 05.07.2023     306

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Şurasının qərarı ilə baş katiblik müddəti bir il uzadılan Yens Stoltenberqi təbrik edib.

Demedia.az xəbər verir ki, Ərdoğan bu barədə sosial media hesabında paylaşım edib. Ərdoğan paylaşımında “Əziz dostum Stoltenberqi təbrik edir, uğurlarının davamlı olmasını diləyirəm. Çətin çağırışlarla üzləşdiyimiz və təhlükəsizliyə ehtiyacın artdığı bir vəziyyətdə  mən inanıram ki, cənab Stoltenberqin işi bizim ittifaqımıza və qlobal sülhə mühüm töhfələr verəcək” deyə yazıb.

Qeyd edək ki, Yens Stoltenberqin mandatı 4-cü dəfədir uzadılır.

Bahadur Seyidov