Hakan Fidan Quranın yandırılmasını tənqid etdi



 16:12 05.07.2023     326

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçdə Quranın yandırılmasını tənqid edib.

Demedia.az xəbər verir ki, Hakan Fidan bu barədə İordaniya baş nazirinin müavini, xarici işlər naziri Ayman Safadi ilə birgə mətbuat konfransında açıqlama verib. O bildirib ki, İsveçin NATO-ya üzv olmasının strateji və təhlükəsizlik qiymətləndirməsi baxımından alyansa yük, yoxsa fayda gətirəcəyi indi daha çox müzakirəyə açıqdır.

“Stokholmda Qurana qarşı edilən alçaq hücumu və xəbərdarlıqlarımıza baxmayaraq bu hücuma göz yumulmasını şiddətlə qınayırıq. İsrailin fələstinlilərə qarşı hücumları ən qısa zamanda dayandırılmalıdır. Biz İsrailin hücumunu ən sərt şəkildə qınadıq. Türkiyə və İordaniya olaraq bölgədə sülhün təmin edilməsi üçün səylərimizi davam etdirəcəyik” - Hakan Fidan deyib.

Bahadur Seyidov