Narkotik vasitələrdən istifadəni təbliğ edən müğənni saxlanıldı



 19:01 05.07.2023     471

Kliplərində narkotik vasitələrdən istifadəni təbliğ etdiyinə görə azərbaycanlı müğənni yenidən saxlanılıb.

Demedia.az xəbər verir ki, may ayında İstanbul Anadolu Baş Prokurorluğu Türkiyədə rep ifa edən azərbaycan əsilli müğənni Asya Əlizadəyə qarşı kliplərində narkotikdən istifadəni təşviq etmək ittihamı ilə istintaqa başlayıb.

İstintaq çərçivəsində İstanbul Polis İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin qrupları Asya Əlizadənin kliplərinə baxış keçirib. İstintaq müəyyən edib ki, Əlizadə kliplərinin birində ingilis dilində “like marixuana” ifadəsini işlədib. Araşdırmalardan sonra qruplar barəsində həbs qətimkan tədbiri seçilən Əlizadəni Ataşehirdəki evində saxlayıb.

Polis bölməsindəki prosedurlardan sonra məhkəmə binasına köçürülən Əlizadə ifadəsindən sonra sərbəst buraxılıb. Əlizadə xarici ölkə vətəndaşı olduğu və cinayətdə əli olduğu əsas gətirilərək ölkəsinə göndərilmək üçün repatriasiya mərkəzinə təhvil verilib.

Lakin burada proses davam edərkən hər gün polis idarəsinə getməli olan Asya Əlizadə bu şərti yerinə yetirməyib. Əlizadə bu gün səhər saatlarında yenidən Ataşehirdəki evində saxlanılıb. Polisin keçirdiyi əməliyyatlardan sonra Əlizadənin yenidən əyalət immiqrasiya idarəsinə təhvil veriləcəyi bildirilib.

Aysun / Demedia.az