Ərini ən yaxın rəfiqəsi ilə tutdu, sonra isə... - ŞOK HADİSƏ



 19:29 05.07.2023     573

Arvadını aldadaraq sevgilisi ilə görüşən ərin yalanı qısa sürüb.

Demedia.az xəbər verir ki, ərini təsadüfən yaxalayan qadının görüntüləri sosial şəbəkədə səs-küy yaradıb.

Ərinin 12 gün əvvəl ona ezamiyyətə gedirəm deyərək evdən çıxdığını bildirən bədbəxt qadın həyat travmasını küçədə gedərkən yaşayıb. Bazara getmək üçün evdən çıxdığını və şəxsi səbəblərdən adını açıqlamadığını bildirən qadın ən yaxın dostunun evinin qarşısında ərinin avtomobilini görüb.

Birdən qadın ağlamağa başlayıb. Ətrafdakılar ərinin maşınına ziyan vuran qadını sakitləşdirib. Qadın, sözügedən şəxsi keçmişdə ən yaxın rəfiqəsi kimi gördüyünü bildirib.

Daha sonra ərinə zəng edərək onun harada olduğunu soruşan qadın “Şanxaydayam, iclasda iştirak edəcəm, sabah evə gəlməyəcəyəm” cavabını alıb.

Bu cavabdan sonra dəli olan qadın sözügedən binaya girmək istəsə də, mühafizəçilər buna mane olublar.

Aysun / Demedia.az