Vəhşi öküz insanlara hücum etdi - Dəhşətli GÖRÜNTÜLƏR



 23:48 05.07.2023     545

Dünyanın ən məşhur öküz festivalı olan San Fermində tamaşaçılara hücum edən öküzün görüntüləri dünya mətbuatında sensasiya yaradıb.

Demedia.az xəbər verir ki, obyektivdə əks olunan anlarda qəzəbli öküzün qəzəbinə tuş gələnlər olub.

Dünyanın bir çox ölkəsində məşhur olan, lakin xüsusilə İspaniyanın simvoluna çevrilən öküz döyüşləri bu il rəngarəng görüntülərə səhnə olub. Ölkədə çoxlu ispanlar və turistlər öküzlərin qabağına qaçıblar. Təbii ki, hər il olduğu kimi hadisədə də xəsarət alanlar olub. İngiltərə mediasının sosial mediada yaydığı görüntüdə öküzün tamaşaçılara hücum etdiyi anlar yaşanıb.

İspaniyanın Kastexon şəhərində qeydə alınan hücumda məşhur Xose Arriazu de Ablitas fermasından gələn öküz yolun ortasında qəfil dayanaraq hədəfini dəyişib. Bunun üzərinə qışqıran insanların əhatəsində olan heyvan birdən gözlənilməz bir şey etdi.

Qəfil partlayışla öküz baryerdən tullanaraq 61 yaşlı Fernando Migelə hücum edib. Bədbəxt adamı baryerlərə bağlayan öküz daha sonra başqa bir adama tuş gəldi. Adı açıqlanmayan şəxs öküz tərəfindən havaya atılıb və başını asfalta dəyib. Huşunu itirən şəxsə ətrafdakı sağlamlıq qrupları dərhal müdaxilə etdi.

Aysun / Demedia.az