ABŞ Zaporojya ilə bağlı iddiaları yaxından izləyir - AÇIQLAMA



 12:57 06.07.2023     295

ABŞ Zaporojya Atom Elektrik Stansiyası ilə bağlı iddiaları yaxından izləyir.

Demedia.az xəbər verir ki, Ağ Evin sözçüsü Karine Jean-Pierre belə deyib. O bildirib ki, ABŞ Rusiya və Ukraynanın iddialarını diqqətdə saxlayır. Onun sözlərinə görə, Rusiya hərbçilərinin atom elektrik stansiyasına nəzarəti davam etdirməsi təhlükəlidir. Karine Jean-Pierre Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı NATO-nun açıq qapı siyasətinə sadiq olduqlarını, lakin bu məsələdə alyans üzvləri ilə birlikdə qərar veriləcəyini deyib.

"Prezident Bayden bunu dəfələrlə deyib. Ukrayna istənilən NATO ölkəsi ilə eyni standartlara cavab vermək üçün alyansa qoşulmazdan əvvəl islahatlar aparmalıdır” - Karine Jean-Pierre deyib.

Bahadur Seyidov