Kral Çarlz tacqoyma mərasimindən sonra ilk dəfə Şotlandiyaya səfər edib



 12:42 06.07.2023     305

Böyük Britaniya kralı 3-cü Çarlz tacqoyma mərasimindən sonra Şotlandiyaya ilk səfərinə çıxıb.

Demedia.az xəbər verir ki, kralın səfəri anti-monarxistlərin etirazı ilə qarşılanıb. Şotlandiyanın paytaxtı Edinburqda keçirilən mərasimə qatılan Kral Çarlza 1651-ci ildən bəri hər bir ingilis monarxının tacqoyma mərasimində təqdim edilən, lakin taxılmayan Şotlandiya tacı təqdim edilib. Kral Çarlza monarxların Şotlandiya kralı olduğunu simvolizə edən tacdan əlavə, Şotlandiya kilsəsini və xristianlığı simvolizə edən qlobus verilib.

Şotlandiya hökumətinin açıqlamasına görə, mərasim üçün 22 min funt-sterlinq xərclənib.

Bahadur Seyidov