ABŞ-ın Müdafiə naziri sənədlərin qorunması üçün tədbirlərinin artırılmasına göstəriş verib



 14:21 06.07.2023     292

ABŞ-ın Müdafiə naziri Lloyd Austin “Discord” platformasında ABŞ ordusuna aid gizli sənədlərin sızmasından sonra təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verib.

Demedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, Milli Hava Qvardiyasının üzvünün “Discord” vasitəsilə məxfi sənədləri sızdırması ilə bağlı iddialardan sonra araşdırma aparılıb. Ardınca Pentaqonda məxfi məlumatların qorunması ilə bağlı tədbirlərin artırılmasına göstəriş verilib. Məlumata görə, mövcud siyasətləri gücləndirmək, məxfi məlumatları yeniləmək və ardıcıllığı təmin etmək, həmçinin siyasətlərdəki çatışmazlıqları aradan qaldırmaq üçün Pentaqon daxilində yeni təcrübələrin tətbiq edilməsini əmr edilib.

Bahadur Seyidov