Çağlar Söyüncü "Atletiko Madrid"lə 4 illik müqavilə imzalayıb



 16:31 06.07.2023     300

Təcrübəli futbolçu Çağlar Söyüncü "Atletiko Madrid"lə 4 illik müqavilə imzalayıb.

Demedia.az xəbər verir ki, Çağlar Söyüncünün "Atletiko Madrid"ə transferi İspaniya klubu tərəfindən rəsmi olaraq açıqlanıb. Qısa açıqlama verən 27 yaşlı müdafiəçi "Əvvəla, bu səmimi qarşılama üçün çox sağ olun. Mən çox həyəcanlıyam. Böyük komandada oynadığım üçün özümü şanslı hiss edirəm” deyə bildirib.

Qeyd edək ki, Çağlar Söyüncünün bundan əvvəlki klubu “Lester Siti” olub. Çağlar Söyüncü Arda Turan və Emre Belözoğlundan sonra "Atletiko Madrid"də çıxış edən 3-cü türk futbolçu olacaq.

Bahadur Seyidov