PSJ Asensio ilə 3 illik müqavilə imzalayıb



 17:02 06.07.2023     294

PSJ bir-birinin ardınca transfer xəbərlərini elan edir.

 Demedia.az xəbər verir ki, "İnter"dən Milan Skrinyarın transferini açıqlayan fransız nəhəngi “Real Madrid”dən ayrılan Marko Asensio ilə müqavilə imzaladığını açıqlayıb. Fransa klubu Asensio ilə 3 illik müqavilə imzalayıb. Klubun rəsmi saytındakı açıqlamada "PSJ Marko Asensionun gəlişini məmnuniyyətlə elan edir” deyə bildirilib. 27 yaşlı futbolçu Fransa komandası ilə müqavilə bağladıqdan sonra deyib:

"Bu böyük klubun bir hissəsi olmaq xüsusidir. Yeni komanda yoldaşlarıma qoşulmağı və böyük məqsədlərə çatmaq üçün onlarla işləməyi səbirsizliklə gözləyirəm".

Bahadur Seyidov