Serbiya Təhlükəsizlik Şurasının iclasını tələb edir



 17:31 06.07.2023     294

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin Kosovonun şimalındakı gərginliyə görə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasını tələb edəcəyini bildirib.

Demedia.az xəbər verir ki, Avropa İttifaqının Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak ilə görüşən Vuçiç Kosovonun şimalında davam edən gərginliklə bağlı mətbuat konfransı keçirib. O bildirib ki, Avropa İttifaqı gərginliyin azaldılmasını istəyir və Serbiya ondan tələb olunan hər şeyi yerinə yetirib. Vuçiçin sözlərinə görə, Priştina rəhbərliyi gərginliyi azaltmaq üçün səy göstərmir.

Vuçiç Kosovo administrasiyası tərəfindən həyata keçirilən etnik təmizləmənin planlı olduğunu və Kosovo polisinin də serbləri qorxutmağa çalışdığını bildirib.

Bahadur Seyidov