ABŞ-ın maliyyə naziri Janet Yellen Çinə səfər edib



 17:45 06.07.2023     326

ABŞ-ın maliyyə naziri Janet Yellen Çinə səfər edib.

Demedia.az xəbər verir ki, səfər çərçivəsində ikitərəfli əlaqələr və iqlim dəyişikliyi kimi bir çox mövzu müzakirə ediləcək. Çin mətbuatının yazdığına görə, Yellen ABŞ-ın maliyyə naziri kimi ilk dəfədir Çinə səfər edib. Yellenin dörd günlük səfəri zamanı yüksək səviyyəli Çin rəsmiləri görüşəcəyi bildirilib.

Qeyd edək ki, ABŞ və Çin arasındakı münasibətlər Tayvan, Çin casus balonlarının ABŞ ərazisi üzərində uçması iddiaları kimi məsələlərə görə gərginləşib. Yellenin səfərinin ABŞ dövlət katibi Antoni Blinkenin Pekinə səfərindən dərhal sonraya təsadüf etməsi diqqət çəkir.

Bahadur Seyidov