Peskov Lukaşenkonun açıqlamasına cavab verdi



 17:15 06.07.2023     285

Rusiya “Vaqner” təşkilatının lideri Yevgeni Priqojinin hərəkətlərini izləmir.

Demedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib. O Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojin barədə açıqlamasına cavab olaraq bildirib ki, Moskva onu təqib etmir. Peskov həmçinin bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə Lukaşenko arasında keçirilməsi gözlənilən görüşün tarixi və təfərrüatları hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, Aleksandr Lukaşenko “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin Belarusda deyil, Rusiyada olduğunu bildirib.

Bahadur Seyidov