Dünya ŞOKDA: "Anam mənə cinsi təcavüz edirdi"



 20:02 06.07.2023     442

8 ildir itkin düşdüyü iddia edilən Rudi adlı gənc göründükdən sonra ilk dəfə danışıb.

Demedia.az xəbər verir ki, illərdir anasının başına gətirdiyi qalmaqalı paylaşan Rudi dünyada gündəm olub.

Ötən çərşənbə axşamı ABŞ-da son günlərin ən maraqlı hadisəsi baş verib. 2015-ci ildə it gəzdirərkən yoxa çıxan və ailəsinin 8 ildir axtardığı Rudi Farias kilsənin qarşısında qanlar içində tapılıb. Rudi yoxa çıxanda Texasda yaşayırdı və 17 yaşında idi. Bu zaman ailəsi depressiyada olduğunu dediyi Rudinin iti gəzdirməyə çıxması ilə bağlı açıqlama vermişdi.

Bölgədəki insanların açıqlamaları ailənin iddialarını demək olar ki, təkzib edirdi. Kisha Ross adlı şəxs dedi: “O uşaq heç vaxt itməyib. O, tez-tez mənim qarajıma gəlir, əmim oğlu və qızı ilə əylənirdi. ABŞ mətbuatında çıxan xəbərlərdə Rudinin heç kimlə danışmadığı və mərhum qardaşının boyunbağısını taxdığı yazılıb. Gəncin harada olduğu və nə işlə məşğul olduğu məlum olmasa da, İngiltərə mətbuatında yayılan xəbər dünyanın hiddətinə səbəb olub.

Polisin sorğusunda Rudi itkin düşmədiyini, ancaq evinin zirzəmisində illərdir anası tərəfindən zorakılığa məruz qaldığını bildirib. Anasının ona cinsi təcavüz etdiyini, halüsinasiyalar göbələkləri yedizdirdiyini və girov saxladığını bildirən Rudinin sözləri dünya mətbuatında ilk sırada yer almağa başlayıb.

Aysun / Demedia.az