Acun sevgilisi ilə birlikdə: Diqqətçəkən detal...



 21:00 06.07.2023     351

Acun Ilıcalıdan evlilik təklifi aldığı və "hə" cavabı verdiyi iddiası ilə gündəmə gələn Ayça Çağla Altunkaya ötən gün yaxın rəfiqəsi ilə Zorlu AVM-də görüntülənib.

Demedia.az xəbər verir ki, axşam saatlarında gəldiyi Zorlu AVM-də mağazaları gəzib alış-verişin kefini çəkən Ayça Çağla Altunkaya (24) təbii gözəlliyi və idman zərifliyi ilə göz qamaşdırıb.

Ötən günlərdə uğurlu televiziya xadimi Acun Ilıcalıdan evlilik təklifi aldığı və sevgilisinə "hə" cavabı verən Altunkayanın solitaire üzüyü diqqətlərdən yayınmayıb.

Gənc sevgilisi ilə çəkdirdiyi romantik pozaları İnstaqram hesabından yayımlayan Acun Ilıcalı "Bu gün hisslərimi hər kəs eşitməsin deyə qulağına dedim" mesajını yazıb.

Aysun / Demedia.az