Bir-birini qucaqlayaraq rəqs edən ilanlar - VİDEO



 23:48 06.07.2023     461

Türkiyənin Elazığ bölgəsində inanılmaz hadisə yaşanıb.

Demedia.az xəbər verir ki, Elazığda havaların istiləşməsi ilə ortaya çıxan ilanlar insanların yaşayış sahələrinə enməyə başlayıb.

Karakoçan səmtində bir evin bağçasına təxminən 2 metr uzunluğunda iki ilan yerləşərək, ev sakinlərini narahat edib. 3 gündür insanlara yaxın yerlərdə görünən ilanlar cütləşmə rəqsini etdikdən sonra ağaca dırmaşırlar.

İlanları seyr edən Berfin Dursun Elmas deyib: "Bir-birini qucaqlayaraq rəqs edən ilanlar ağacın başına çıxdı. 3 gündür ki, evin bağçasına getmirdilər, çıxa bilmirdilər. bir-birimizdən narahatıq”.

Aysun / Demedia.az